Manila-İstanbul reysini həyata keçirən «Türk Hava Yolları» şirkətinə məxsus təyyarənin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Hava limanının mətbuat xidmətindən Turizmplus.az saytına verilən məlumata görə, səbəb təyyarədə olan 45 yaşlı qadın sərnişinin vəziyyətinin kəskin pisləşməsi (ürək tutması) olub. “Airbus A350” təyyarəsi saat 03:30-da Bakıya eniş edib. Sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib.
Qeyd edək ki, təyyarə saat 05:07-də Bakıdan İstanbula yola düşüb.