Uzun müddət Azərbaycan Turizm Bürosununda (ATB) tədbirlərin təşkili və turizm sənayesi ilə iş üzrə baş mütəxəssis vəzifəsində çalışmış Yəhyə Əliyev marketinq sahəsində xidmət göstərən «Marwiz» agentliyində icraçı direktor olaraq fəaliyyətə başlayıb.
Yeni vəzifəyə keçidi barədə fikirlərini Turizmplus.az saytı ilə bölüşən Yəhyə Əliyev bu dəyişikliyi yeni karyera məqsədləri və biznes hədəfləri ilə əlaqələndirir.
DİQQƏT: Biletlər satışa çıxarıldı — «Tourism Day Private Event 2023»
“Marwiz komandası olaraq marketinq xidmətləri bazarında olan boşluqları gördüyümüz üçün agentliyi qurmaq qərarına gəldik. Agentlik olaraq bazara yüksək iş və xidmət keyfiyyəti gətirməyi özümüzə məqsəd seçmişik. Marketinq sahəsində olan bu boşluqları həmçinin xüsusi olaraq turizm sahəsinə də aid etmək olar. Mən və komanda da olan əməkdaşların əksər hissəsi məhz bu sahədə müəyyən təcrübəyə malik olduğumuz üçün turizm və iaşə sahəsində çalışan bizneslərin problemlərini daha yaxşı başa düşür və onların öz marketinq fəaliyyətlərini daha da peşəkarlaşdırmaları istiqamətində işlərə başlamışıq.”
Qeyd edək ki, marketinq sahəsində dərin təcrübəyə malik, həmçinin yeni trendləri tətbiq etməyi bacaran mütəxəssislərdən formalaşdırılmış "Marwiz" agentliyi dijital marketinq və xüsusilə sosial media, çöl reklamları və b. bir çox xidmətlər təklif edir. Yüksək iş və xidmət keyfiyyəti ilə bazar standartlarını formalaşdırmağı öz missiyası təyin edən agentlik artıq restoran, kafe, hotel, İT və digər sahələrdə çalışan şirkətlərə əməkdaşlıq edir.
Həmçinin, hal-hazırda ölkəmizdə baş tutan Atıcılıq üzrə 53-cü dünya çempionatının bütün dizayn xidmətləri də "Marwiz" agentliyi tərəfindən həyata keçirilmişdir.