AZAL Bakı ilə Pekin arasında birbaşa aviareysləri bərpa edə bilər

IMG 6613

“AZAL”ın prezidenti Cahangir Əsgərov və Çinin Azərbaycandakı səfiri Qo Min arasında keçirilən görüşdə aviasiya sahəsində əməkdaşlıq və turizmin inkişafı perspektivləri müzakirə olunub.

Turizmplus.az xəbər verir ki, görüş zamanı Azərbaycan və Çin paytaxtları arasında uçuşların bərpası edilməsi məsələsi  barədə fikir mübadiləsi aparılıb. Bu addımlar hər iki tərəfin əməkdaşlığı genişləndirmək istəyindən xəbər verir ki, bu da iki ölkə arasında işgüzar əlaqələri, mədəni mübadiləni və turizmin inkişafını gücləndirəcək.

«Tourism Day Private Event 2023» tədbirinin biletləri satışda

Bundan əlavə, tərəflər Bakı ilə Çinin Sıçuan əyalətinin paytaxtı arasında birbaşa aviareyslərin açılması perspektivini müzakirə ediblər. Zəngin memarlığı və tarixi abidələri ilə Çenqdu turistlərin və səyahətçilərin böyük marağına səbəb olur.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun rəhbərlik etdiyi nümayəndə heyətinin ÇXR administrasiyasının dəvəti ilə Sıçuan əyalətinə işgüzar səfəri çərçivəsində Sıçuan əyalətinin qubernatoru Xuan Tsyan Çin tərəfinin Çendu-Bakı aviareysinin açılmasında maraqlı olduğunu bildirmişdir. Tərəflərin imzaladığı Anlaşma Memorandumuna əsasən, Bakı ilə Sıçuan əyaləti arasında dostluq və tərəfdaşlıq münasibətləri qurulmuşdur.

Görüşün sonunda “AZAL”ın prezidenti Cahangir Əsgərov və Çinin Azərbaycandakı səfiri Qo Min belə təşəbbüslərin iki ölkə arasında qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinə, o cümlədən turizm və biznesin inkişafı üçün yeni perspektivlərin açılmasına yönəldiyinə əmin olduqlarını bildiriblər.

Menecerlər