Türk Hava Yolları yeni kampaniyaya başlayıb. THY, Şimali Kipr Türk Respublikasından İstanbul və Antalya uçuşları üçün erkən rezervasiya edənlərə 449 lirədən (29 AZN) başlayan qiymətlərlə uçuş hüququ verəcək.
«Tourism Day Private Event 2023» tədbirinin biletləri satışda
Turizmplus.az xəbər verir ki, 5-7 sentyabr 2023-cü il tarixlərində alınan biletlər 1 dekabr 2023-cü il və 30 mart 2024-cü il tarixləri arasında səyahət üçün əlçatan olacaq.
Kampaniya İstanbul və Antalya hava limanlarından KKTC-yə gələn və ya dönüş uçuşlar üçün keçərli olacaq.
Kampaniya 28 dekabr 2023-cü il və 02 yanvar 2024-cü il tarixləri arasında uçuşlar üçün keçərli olmayacaq.
Qeyd edək ki, göstərilən qiymətə vergilər daxil deyil.