«Ryanair» CEO-sunun üzünə çırpılan torta şirkətdən MARAQLI CAVAB — VİDEO

F5ayeVUXcAA8Yiz

Avropanın ən böyük büdcəli hava yolu şirkəti Ryanair-in baş direktoru Maykl O’Liri iqlim fəalları tərəfindən tortla hücuma məruz qalıb.

Turizmplus.az xəbər verir ki, Maykl O’Liri Avropada aviasiya təcrübələri ilə bağlı Aİ Komissiyasının sədri Ursula fon der Leyenə petisiya təqdim etməyə hazırlaşarkən Brüsseldə Avropa İttifaqı Komissiyasının binası qarşısında tortla hücuma məruz qalıb.

Fəallar əllərindəki tortları O’Lirinin üzünə və kürəyinə ataraq «Belçikaya xoş gəlmisiniz. Təyyarələrin ətraf mühiti çirkləndirməsini dayandırın» qışqıraraq hadisə yerindən uzaqlaşıblar. Ryanair CEO-su tortu üzündən silərək jurnalistlərə açıqlama verməyə davam edib.

O’Liriyə edilən tort hücumuna cavab şirkətin Twitter hesabından gəlib. O’Leary-nin şəklini paylaşan hesabda «Kremli tort almaq əvəzinə, eyni qiymətə Belçikadan təyyarə bileti ala bilərdiniz» yazılıb.

Menecerlər