Xəbər verdiyimiz kimi, «Plus Media Production»un təşkilatçılığı «Pegas Touristik» tur-operatorunun, «Air Astana» aviaşirkətinin və «Yes Travel»in baş sponsorluğu ilə Bakıda «Tourism Day Private Event 2023» tədbiri baş tutacaq.
Turizmplus.az xəbər veri ki, avqustun 28-dən etibarən tədbiririn giriş biletləri satışa çıxarılıb. İştirakçılar üçün 2 seçim qoyulub:
- Yalnız giriş — 25 AZN
- 2 saat limitsiz içkilər (spirtli və spirtsiz) — 55 AZN
Qeyd edək ki, tədbir Turizm Günü ərəfəsində, 30 sentyabrda «Marriott Boulevard Baku» hotelinin «Black City Lounge and Terrace» restoranında keçiriləcək. 130-dan çox turizmçinin iştirak edəcəyi gecənin aparıcısı Tural Həsənlidir. Bununla yanaşı tədbirdə Azərbaycanın məşhur DJ-ləri Backeer və Noorlanın, eyni zamanda Mad Hauskies rəqs qrupunun çıxışları da gözlənilir.
Biletlər məhdud saydadır. Biletləri əldə etmək üçün 050 212 36 96 nömrəsinə «whatsapp» vasitəsilə yaza bilərsiniz.