2023-cü ilin yanvar–avqust ayında Azərbaycana 1.344 mindən çox əcnəbi qonaq səfər edib ki, bu da postpandemiya dövründə ölkə turizminin sürətlə bərpa olunduğunu deməyə əsas verir”.
Turizmplus.az xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) illik fəaliyyətinin yekunlarına dair konfransında çıxışı zamanı bildirib.
«Tourism Day Private Event 2023» tədbirinin biletləri satışda
Fuad Nağıyev ölkəyə gələn turistlərin sayında, coğrafiyasında və turist xərcləmələrində artıma nail olmaq üçün Dövlət Turizm Agentliyinin 2026-cı ilə qədər Azərbaycana səfər edən əcnəbilərin sayının 4 milyon nəfərə çatdırmağı, eləcə də növbəti 4 il ərzində turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda ümumi daxili məhsul istehsalının 2019-cu illə müqayisədə hər il 1.5 dəfə artımağı hədəflədiklərini diqqətə çatdırıb.
Agentlik sədri, həmçinin ölkə daxilində turizm səfəri edən yerli vətəndaşların sayının 6 milyon nəfərə, 2026-cı ildə ümumi turist xərcləmələrinin miqdarını isə 10 milyard manata çatdırmaq niyyətində olduqlarını qeyd edib.
O, çıxışı zamanı Agentliyin mütəmadi olaraq yeni turizm məhsullarının yaradılması, yeni turizm infrastrukturunun formalaşdırılması istiqamətində aktiv işlər apardığını diqqətə çatdıraraq turizm şirkətlərini də bu istiqamətdə aktiv fəaliyyət göstərməyə çağırıb və Assosiasiyaya gələcək fəaliyyətində uğurlar arzulayıb.