Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakıdan Belarusun paytaxtı Minskə müntəzəm reyslər açır.
Turizmplus.az xəbər verir ki, Bakı-Minsk-Bakı marşrutu üzrə ilk reysin 2023-cü il oktyabrın 1-də həyata keçirilməsi planlaşdırılır. Aviaşirkət həftədə 4 dəfə uçuşlar həyata keçirəcək.
Bu reyslərin uçuş cədvəli ilə şirkətin rəsmi internet saytından www.azal.az tanış olmaq olar. Aviabiletləri həmçinin mobil əlavədə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
Minsk unikal görməli yerlərlə və rahat parklarla dolu gözəl və tarixi bir şəhərdir.