Şuşa şəhəri İqtisadi Əməkdaşlıq Təşkilatının 2026-cı il üzrə turizm paytaxtı seçilib.
DTA-dan Turizmplus.az saytına verilən məlumata görə, bu haqda qərar təşkilatın 4-5 oktyabrda İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilən Yüksək Vəzifəli Turizm Ekspertlərinin 7-ci görüşü və Turizm Nazirlərinin 5-ci iclasında qəbul edilmiş Ərdəbil Bəyannaməsində yer alıb.
Dövlət Turizm Agentliyinin nümayəndə heyətinin təmsil olunduğu tədbir çərçivəsində üzvlər arasında turizm sahəsi üzrə mövcud əməkdaşlıq perspektivlərinə dair müzakirələr keçirilib.
Tədbirdə turizm sektoru sahəsində qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi istiqamətində görüləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Pakistan, Tacikistan, Əfqanıstan və İranın daxil olduğu təşkilata ölkəmiz 1992-ci ildən üzvdür.