Sərnişinlər baqajları evlərindən təhvil verə biləcəklər

TAL luggage in airport PICOFBAGS1022 86a7b130f11f49d78833938d03c74317

Fransız startapı «Alltheway» SITA texnologiyasından istifadə edərək Parisdən səyahət edən sərnişinlərə evlərindən və ya şəhərin mərkəzindəki hoteldən qeydiyyatdan keçməyə və çantalarını birbaşa təyinat yerinə çatdırmağa imkan verən yeni baqaj xidmətini istifadəyə verib.

Turizmplus.az xəbər verir ki, «Alltheway»in agentləri çantanı sərnişinin hotelindən və ya evindən götürəcək, onu aviaşirkətə təhvil verməzdən əvvəl çəkib, möhürləyəcək. «Alltheway» «SITA Bag Journey» istifadə edərək aviaşirkətin izləmə sistemləri ilə inteqrasiya edib. Sərnişinlərin çantalarını izləyə bilməsi üçün həm hava limanında, həm də xaricində real vaxt rejimində izləmə məlumatlarını paylaşılacaq.

Qeyd edək ki, SITA hava nəqliyyatı sənayesinə İT və telekommunikasiya xidmətləri göstərən çoxmillətli informasiya texnologiyaları şirkətidir. Şirkət öz xidmətlərini dünya üzrə təxminən 400 üzv və 2500 müştəriyə təklif edir.

Menecerlər