Beynəlxalq «Uzakrota» sammiti yenidən Azərbaycanda keçiriləcək.
Turizmplus.az xəbər verir ki, səyahət sammiti 20 oktyabr 2023-cü il tarixində Bakıda, «Hilton Baku» hotelində baş tutacaq. Tədbirdə 30-dan çox məruzəçi və 500-dən çox ziyarətçi iştirak edəcək.
Sammit səyahət həvəskarları, səyahət mütəxəssisləri və sənaye nümayəndələri üçün bir araya gələrək məlumat mübadiləsi imkanı verəcək. Sammitdə aşağıdakı tədbirlər keçiriləcək:
Çıxışlar və panellər
Tur operatorları və turizm agentlikləri tərəfindən stendlər
Səyahət lotereyaları və müsabiqələr
Qeyd edək ki, iştirak ödənişsizdir. Qeydiyyat üçün klikləyin.
Turizmplus.az Turizm İnformasiya Portalı sammitin rəsmi media tərəfdaşıdır.