Oktyabrın 7-8 tarixlərində Naftalan şəhər İcra hakimiyyətinin təşkilatçılığı ilə «Naftalan — Sağlamlıq və Turizmin sinerji mənbəyi. Beynəlxalq Turizm Mərkəzinin İnkişaf Strategiyası» Beynəlxalq elmi-praktik konfransı keçirilir.
Turizmplus.az xəbər verir ki, tədbirin ilk günündə rəsmi şəxslərin, yerli və xarici şirkət rəhbərlərinin, turizmçilərin və media nümayəndələrinin işğaldan azad edilmiş Suqovuşan və Talış kəndlərinə səfəri baş tutub.