Bu tarixdən etibarən Bakıdan Təl-Əviv şəhərinə reyslər bərpa olunacaq

1563969075 9159806 1563969012 096851 E8A0650

Oktyabrın 10-dan etibarən «Azərbaycan Hava Yolları» Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə uçuşları bərpa edir.

«Azərbaycan Hava Yolları» QSC-nin Mətbuat xidmətindən Turizmplus.az saytına verilən məlumata görə, uçuşlarla bağlı hər hansı dəyişiklik və ya yenilik olduqda, sərnişinlərə dərhal məlumat veriləcək.

Aviaşirkət İsraildəki qeyri-sabit vəziyyətlə əlaqədar uçuşların müvəqqəti dayandırılması zamanı göstərilən anlayışa görə minnətdarlığını bildirir.

Qeyd edək ki, İsraildə yaranmış fövqəladə vəziyyətlə əlaqədar aviaşirkətin xidmətlərindən yararlana bilməyən AZAL-ın İsrailə və əks istiqamətdə reyslərinin sərnişinlərinə aviabiletin dəyərinin cəriməsiz tam geri qaytarılmasına və ya ödənişsiz yenidən bronlaşdırılmasına icazə verilir.

AZAL-ın Təl-Əvivdəki “Ben Gurion” Beynəlxalq Hava Limanına və əks istiqamətdə reyslərinin sərnişinlərinə oktyabrın 7-dək əldə edilmiş, uçuş tarixi oktyabrın 8-dən noyabrın 1-dək olan aviabiletlərin dəyərinin 30 noyabr 2023-cü il tarixi daxil olmaqla “involuntary” proseduru çərçivəsində geri qaytarılmasına və ya istənilən digər tarixlərə yenidən bronlaşdırılmasına icazə verilir.

Aviaşirkət bu çətin vəziyyətdə sərnişinləri çevik şərtlərlə təmin etmək üçün tədbirlər görür.

Cədvəldə hər hansı dəyişiklik və ya yenilik olduqda, sərnişinlərə dərhal məlumat veriləcək.

Əlavə məlumat əldə etmək üçün sərnişinlərə [email protected] elektron ünvanı vasitəsilə «Azərbaycan Hava Yolları»nın çağrı mərkəzinə müraciət etmələri tövsiyə olunur.

Menecerlər