Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatının (UNWTO) açıqladığı məlumatlara görə, qlobal turizm 2022-ci illə müqayisədə əhəmiyyətli artım əldə etsə də, hələ də pandemiyadan əvvəlki səviyyədən geri qalır.
Turizmplus.az xəbər verir ki, UNWTO-nun açıqladığı son Turizm Barometri hesabatına görə, qlobal turizm 2022-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə 38 faiz artsa da, pandemiyadan əvvəlki göstəricinin yalnız 87 faizinə çata bilib.
Təşkilatın məlumatına görə, 9 ay ərzində 975 milyon insan beynəlxalq səyahət edib. Eyni dövrdə səyahət xərcləri 2019-cu ildəki 1,5 trilyon dollar səviyyəsinin 93 faizini təşkil edərək 1,4 trilyon dollara çatıb.
Yanvar-sentyabr ayları arasındakı 9 aylıq dövrdə beynəlxalq ziyarətlərdə Avropa 2019-cu ilin yüzdə 94-ə çatdığı halda, bu nisbət Asiya-Sakit okean regionunda yüzdə 62, Amerika qitəsində yüzdə 88, Afrikada isə yüzdə 92 olub. Beynəlxalq səyahətlərdə Yaxın Şərq 2019-cu il səviyyəsindən 20 faiz yuxarı artıb.
2023-cü ilin 9 aylıq dövründə ABŞ (+13 faiz) və Almaniya (+11 faiz) başda olmaqla bir çox mənbə bazarlarında səyahət xərcləri pandemiyadan əvvəlki səviyyəni aşsa da, İtaliyada bu nisbət yüzdə 16 olub.