Dekabrın 6-da «Dinamo Hotel Baku» hotelində İtaliyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə «İtaliya mədəniyyəti və mətbəxi günləri» çərçivəsində ziyafət keçirilib.
Turizmplus.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan İtaliya Respublikasının Azərbaycandakı səfiri Klaudio Taffuri qonaqları salamlayıb və İtaliya mətbəxinə aid təamların hazırlanmasında iştirak edən aşpazlara təşəkkür edib.
Səfir eyni zamanda tədbirin yüksək təşkilatçılığına görə, «Dinamo Hotel Baku» komandasına, o cümlədən hotelin Baş Meneceri Elçin Zeynalabdinə təşəkkürünü bildirib.
Ziyafətdə qonaqlara İtaliya mətbəxinə aid təamlar və içkilər təqdim edilib, musiqilər səsləndirilib.
Tədbir haqqında geniş reportajı və «Bridge Group» şirkətlər qrupunun hotel sektorunun müdiri və «Dinamo Hotel Baku» hotelinin Baş Meneceri Elçin Zeynalabdinin müsahibəsini izləyicilərimizə təqdim edirik: