18 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan «Aqrar tədarük və təchizat» ASC-nin təşkilatçılığı ilə Aqro-Kənd Turlarının təqdimatı baş tutacaq.
Turizmplus.az xəbər verir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində baş tutacaq görüşün məqsədi turizmçilərin Aqro-Kənd Turları və Aqro Turizm sahəsində görülən işlər ilə tanışlığıdır.
İştirak etmək istəyən Turizm Şirkətlərinin nəmayəndələri, Turizm Bələdçiləri, Turizm Blogerləri, Aqro, Kənd və Eko Turizm mütəxəssisləri +994-99-8824921 Whatsapp nömrəsinə ad soyad, şirkətin adı, mobil nömrəsini qeyd etməklə qeydiyyatdan keçə bilərlər.
Son qeydiyyat: 16 Yanvar saat 18:00-ə qədər