Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) 6 illik fəaliyyəti ilə bağlı tədbir keçirilib.
Turizmplus.az xəbər verir ki, tədbirdə rəmzi məna daşıyan və dövlətin sahibkarlara daim dayaq və dəstək göstəricisi olan “Dayaq” mükafatı 2023-cü ildə uğur qazanmış sahibkarlara “Uğurlu istehsalçı”, “Uğurlu startap”, “İdman və sağlamlıq sahəsində uğurlu fəaliyyət”, “Uğurlu fermer”, “Qarabağda müasir təhlükəsizlik texnologiyalarının tətbiqi”, “Sağlamlığın keşiyində”, “Təmiz ətraf mühit və yaşıl artım”, «Azad olunmuş ərazilərdə bərpa və yenidənqurma fəaliyyəti», “KOB-ları dəstəkləyən bank”, «Fəal ixracatçı şirkət», “Turizm”, “Fəal xarici şirkət”, “Uğurlu qadın sahibkar”, “KOB-ların şəbəkələşməsinə dəstək” və «Gənc sahibkar» nominasiyaları üzrə təqdim olunub. Mükafatları sahibkarlara müvafiq dövlət qurumlarının rəhbərləri təqdim ediblər.
Mükafatçılar arasında «Summer Tour» tur-operatorunun Azərbaycan nümayəndəliyinin rəhbəri Qüdrət Hacıyev də olub.
Qeyd edək ki, mükafatın təsis olunmasında məqsəd il ərzində fəaliyyəti ilə seçilən, biznes sahəsində innovativ və müasir yanaşmalar tətbiq edən, ixracyönümlü məhsul və xidmətlər istehsal edən şirkətləri mükafatlandırmaqla onları stimullaşdırmaqdır.