Qeyri-sağlam turizm fəaliyyəti göstərən şəxslərə qarşı tədbirlər gücləndiriləcək — ATAA

92c27b8c d4c7 49bb a41a b8d51f61d53e

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının tabeliyində fəaliyyət göstərən Gəlmə Turizm Komissiyasının 2023-cü ilin yekunları və 2024-cü il üzrə fəaliyyət planına dair iclas keçirilib.

ATAA-dan Turizmplus.az saytına verilən məlumata görə, gəlmə turizmi ilə məşğul olan üzvlər üçün açıq qapı formatında həyata keçirilən tədbirdə ötən il turizm sektorunda baş verən müsbət proseslər, turizmin bərpası istiqamətində atılan addımlar, eləcə də sənayenin inkişafına mənfi təsir edən amillər və onların həlli yolları müzakirə olunub.

İclasda çıxış edən ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov 2023-cü ildə Assosiasiyanın həyata keçirdiyi işlər, üzvlər tərəfindən qaldırılan bir sıra problemli məsələlərin həllində əldə olunan nailiyyətlər, dövlət qurumları, xarici təşkilatlar və səfirliklərlə keçirilən görüşlər haqqında məlumat verib.

b0b80c4d eb71 4fef b396 5aa41450bd48

Görüş çərçivəsində hotellərlə əməkdaşlıq, qiymət siyasətinin tənzimlənməsi, hotellər tərəfindən xarici onlay platformalarla biznes əlaqələrinin qurulmasında yerli şirkətlərin maraqlarının qorunması, bu sahəda mövcud çətinliklər və onların həlli yolları,eləcə də bələdçilik sahəsində yaşanan bir sıra qeyri-peşəkar fəaliyyətin qarşısının alınması, turistlərin daşınmasında təhlükəsizliyin təşkili və nəqliyyat sektorunda keyfiyyət standartının artırırılması məsələləri müzakirə olunub.

Həmçinin qeyri-sağlam turizm fəaliyyəti göstərən şəxslərə qarşı tədbirlərin gücləndirilməsi, turizm şirkətləri arasında sağlam rəqabətin təşkili, üzvlər arasında etik qaydalara riayət olunması və digər məsələlərə dair fikir mübadiləsi aparılıb,üzvlərin şikayət və təklifləri dinlənilib.

İclasda çıxış edən Gəlmə Turizm Komissiyasının rəhbəri Cəmilə Əliyeva turizm sənayesində meydana çıxın mövcud problemlərin həllinə nail olmaq üçün üzv şirkətləri aktiv olmağa, bu sektorda yaşanan çətinliklərin və nöqsanların aşkarlanması istiqamətində Assosiasiyaya dəstək göstərəməyə çağırıb.

Görüş çərçivəsində «Frisaga» marketplace layihəsinin təqdimatı nümayiş olunub.

Menecerlər