«AVA Tour Azerbaijan» şirkətinin təşkilatçılığı, «İndigo» hava yollarının dəstəyi ilə Hindistanın 19 tanınmış turizm şirkəti üçün Azərbaycana infotur təşkil edilib.
Turizmplus.az xəbər verir ki, 11-14 fevral tarixlərində baş tutan səfər çərçivəsində ölkəmizin gəzməli və görməli yerləri ilə yanaşı şəhərimizin aparıcı hotelləri ilə tanışlıq görüşləri də keçirilib. "AVA Tour Azerbaijan" şirkətinin rəhbəri Aydın Əliyevin sözlərinə görə, ino-turun əsas məqsədi Hindistan-Azərbaycan arasında turizm əlaqələrinin möhkəmləndirilməsi, iki ölkə arasında turist axının sürətlənməsi olub.
Qeyd edək ki, şirkət tərəfindən 2024-cü ildə bu tip səfərlərin təşkili silsilə şəkildə davam edəcək.