Azərbaycanda keçirilməsi planlaşdırılan «Azərbaycan Beynəlxalq Səyahət və Turizm Sərgisi» (AİTF) bu il baş tutmayacaq.
Turizmplus.az xəbər verir ki, bu barədə sərginin təşkilatçısı «Caspian Events Organisers» şirkəti məlumat yayıb.
Qeyd edilib ki, 2024-cü ilə planlaşdırılan AITF 2025-ci ilə təxirə salınacaq. Bu qərar bəzi təşkilati məsələlərlə əlaqədar qəbul edilib.