Türkiyədə hotellərin sayı rekord həddə çatıb — STATİSTİKA

anna berdnik 0n0AHB1fgTQ unsplash

2024-cü ilin yanvar ayında Türkiyədə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sertifikatlaşdırılmış otellərin sayı 21 mini, aktiv mehmanxana çarpayılarının sayı isə 1,8 milyonu ötüb. İnvestisiya mərhələsində 159 minə yaxın çarpayı var.

Turizmplus.az xəbər verir ki, bu barədə rəsmi qurum məlumat yayıb. Qeyd edilib ki, bu ay Antalyada fəaliyyət göstərən hotellərin sayı 2492-ni, otel çarpayılarının sayı isə 615 mini keçib. İstanbulda otellərin ümumi sayı 2931-i, hotel çarpayılarının sayı isə 244 mini keçib.

Digər tərəfdən, Muğlada 217 mindən çox çarpayılıq 2642, İzmirdə isə 81 mindən çox çarpayı olan 1703 obyekt var.

Menecerlər