Martın 7 və 8-də işçilərinin tətili səbəbindən Lufthansa Münhen və Frankfurt hava limanlarında 1000 uçuşu ləğv etməli olub. Uçuşların ləğvinin ölkə daxilində 100 min sərnişinə təsir etdiyi bildirilib.
Turizmplus.az xəbər verir ki, işçilərin bağlı olduğu həmkarlar ittifaqı Verdi, Hamburq və Frankfurt mərkəzlərində çalışan mühafizəçiləri də tətilə çağırıb.
Tətillər səbəbiylə cəmi 2 min uçuşun ləğv ediləcəyini və 100 min sərnişinin təsirlənəcəyini bildirən Lufthansa, iki günlük müddət ərzində planlaşdırılan uçuşların yalnız 10-20 faizini yerinə yetirə biləcəyini açıqlayıb.