İspaniyada 2024-cü ilin yanvar ayında turizm gəlirləri açıqlanıb.
Turizmplus.az xəbər verir ki, ölkənin 2024-cü ilin yanvar ayında turizmdən gəliri əvvəlki ilin eyni ayına görə yüzdə 25,54 artaraq 6 milyard 549 milyon avroya çatıb.
2019-cu ilin yanvar ayında turizmdən 4 milyard 689 avro gəlir əldə edən İspaniya 2019-cu ili 39,66 faiz üstələyib.
Yanvarda İspaniyaya gələn turistlərin gündəlik xərcləri əvvəlki ilin eyni dövrünə görə yüzdə 5,95 artaraq 158 avroya çatarkən, bir turistə düşən orta xərc 8,87 faiz artaraq 1374 avroya çatıb. Orta gecələmə 2,76 faiz artaraq 8,71 gecə olub.