«Savtour» turizm agentliyinin təşkilatçılığı ilə Özbəkistanın Daşkənd şəhərində Azərbaycanın turizm potensialının təqdimatı keçirilib.
Şirkətin rəhbəri Vüsal Əsgərovun Turizmplus.az saytına açıqlamasına görə, tədbirdə «Savtour»un gəlmə turizm departamentinin direktoru Veronika Bakshutova, Özbəkistanın 60-a yaxın qabaqcıl turizm şirkətlərinin nümayəndələri, Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin işçiləri, «PMD Hospitality» şirkətindən Şölə Qurbanova və Samir Zeynalov iştirak edib.
Təqdimat zamanı turizm şirkətlərinin nümayəndələrinə Azərbaycanın tarixi, gəzməli-görməli məkanları, sağlamlıq turizmi, o cümlədən «PMD Hospitality» nəzdində fəaliyyət göstərən Naftalan hotellərindəki yeniliklər, tibbi prosedurlar, tur-paketlər barədə məlumatlar verilib.
Gecə daha sonra Azərbaycanın milli rəqsləri və hədiyyəli müsabiqələrlə davam edib.
Qeyd edək ki, Azərbaycanın «Savtour» turizm agentliyi daima xarici ölkələrdə fəaliyyət göstərən turizm şirkətləri ilə əlaqələri genişləndirir, həm getmə, həm də gəlmə turizm sahəsində işini peşəkarlıqla həyata keçirir.