Yatmaq üçün tətilə gedərdinizmi? Milyonlar gedir. Həm də bütün dünyada pandemiyadan sonra sayı artmış özəl “yuxu hotellərinə”. Ekspertlərin fikrincə, “Sağlam həyat və SPA turizmi” “yuxu turizmi” ilə əvəzlənib.
Turizmplus.az xəbər verir ki, bu yeni tendensiyanın həcminin 2028-ci ilə qədər 8 faiz artaraq 400 milyard dollara çatacağı gözlənilir.
Bir hotel otağı düşünün: televizor yoxdur. Pərdələr bağlıdır, işıq yoxdur. Səs yoxdur. İzolyasiya sayəsində nə zaldan, nə də qonşu otaqdan səs gəlmir. Masajdan sonra yumşaq çarpayıya bükülür, başınızı lələk yastığa qoyur və dərin yuxuya gedirsiniz. Pandemiyadan sonra dünyada milyonlarla insanın yeni ehtirası haqqında oxuyursunuz: “Yuxu turizmi”.
“Fortune” jurnalının məlumatına görə, qlobal həcmi 814 milyard dollara çatan “sağlam həyat və SPA turizmi” pandemiyadan sonra formatını dəyişib. Bəzi hotellər müştərilərinin rahat yatması üçün proqram və arxitektura dəyişiklikləri edərkən, bəzi sahibkarlar “yuxu hotelləri” açır.
ABŞ-ın «HTF Market Research» analitik şirkətinin hesabatına görə, 2028-ci ilə qədər yuxu turizminə tələbat 8 faiz artacaq və bazar həcmi 400 milyard dollara çatacaq.
Dünya.com-un məlumatına görə, görün Harvard Universitetindən yuxu mütəxəssisi Rebecca Robbins yeni tendensiya haqqında nə deyir: “İstirahət edənlərin tətildən evə yorğun qayıtdıqları dövr bitdi. İndi onlar tətildə olarkən, onlar da yaxşı yatmaq istəyirlər. Səyahət zamanı yatmaq qonağın geri qayıtma ehtimalının mühüm göstəricisidir”.
Həmin hotellərdən biri də Hiltondur…
Şəbəkənin Sağlam Yaşam üzrə Vitse-Prezidenti Amanda el-Masri bəzi yerlərdəki hotellərində müştərilərə temperaturu tənzimlənən çarpayılar və zəif işıqlandırma parametrləri təklif etdiklərini vurğulayır.
Romadakı «Cavalieri Waldorf Astoria»da müştərilər yastıqlarını menyudan seçirlər;
«Conrad Bali»də 60 dəqiqəlik yuxu müalicəsi təklif edir.
«Park Hyatt New York»un otaqlarından birində çarpayı təzyiqini tənzimləyən süni intellektlə dəstəklənən çarpayının olduğunu desək necə olar?
«Six Senses» də bütün hotellərində min dollara yuxu terapiyası təklif edir.
Budur, dünyanın bəzi «yuxu turizmi» hotelləri:
BLESS Hotel Madrid
ITC Hotel, Hindistan:
Equinox, New York
Anantara Al Jabal Al Akhdar Resort, Oman
Marbella Club, İspaniya
Hästens Sleep SPA, Coimbra, Portuqaliya
‘Unplugged’ daxmalar, İngiltərə
Mandarin Oriental, İsveçrə
Zedwell, London
Grand Hotel Tremezzo, İtaliya
Almar Jesolo Resort, İtaliya