«Bu gün İstanbul üçün tarixi bir günün sevincini yaşayırıq. 2027-ci ildə Avropa Oyunları İstanbulda keçiriləcək».
Turizmplus.az xəbər verir ki, bu sözləri mətbuat konfransında İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) Bələdiyyə Başçısı Ekrem İmamoğlu deyib. O, qeyd edib ki, 2023-cü ildən etibarən aparılan danışıqlar müsbət cavabla nəticələnib.
İmamoğlu, yerli seçkilər səbəbindən imzalanma mərasimini növbəti həftələrə təxirə saldıqlarını da bildirib.
Qeyd edək ki, «Avropa Oyunları» ilk dəfə 2015-ci ildə Bakıda keçirilib.