«Summer Tour» il ərzində ən çox satış edən şirkətləri tətillə mükafatlandırıb

photo 2024 04 30 17 01 19

«Summer Tour» tur-operatoru il ərzində ən çox satış edən turizm agentlikləri üçün «Calista Luxury Resort» hotelində tətil təşkil edib.

Turizmplus.az xəbər verir ki, 5 günlük səfərdə 15-ə yaxın turizm agentliyinin nümayəndəsi iştirak edib. Bu günlər ərzində həm də qeyri-rəsmi görüşlər keçirilib, gələcək planlar, şirkətlərlə-tur-operator arasında münasibətlərin inkişafı məsələləri müzakirə edilib. Səfərin sonuncu günü «Calista Luxury Resort» hoteli adında şam yeməyi təşkil edilib və yay mövsümünə dair yeniliklər təqdim olunub.

Qeyd edək ki, ən çox satış edən şirkətlərin tətillə mükafatladırılması ənənə halına çevrilib.

Menecerlər