“2015-ci ildə Türkiyə Səyahət Agentlikləri Birliyi tərəfindən Booking.com-a qarşı iddia qaldırılmışdı. Şirkətin vergi ödəmədiyini və haqsız rəqabət yaratdığını əsas gətirərək 2017-ci ildə məhkəməyə göstəriş verilib”.
Turizmplus.az xəbər verir ki, bu sözləri Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy «Booking.com»un Türkiyədəki fəaliyyətinin əngəllənməsi ilə bağlı iddialara cavab verərkən bildirib.
O, qeyd edib ki, «booking.com»un Türkiyədə fəaliyyət göstərməsində nazirlik tərəfindən heç bir maneə yoxdur.