«R-travel&Tours» Azərbaycan şikətinin təşəbbüsü ilə İordaniyaya «famtrip» keçirilib

IMG 20240515 WA0008

Azərbaycan turizm şirkətlərinin nümayəndələri üçün «R-travel&Tours» agentliyinin təşəbbüsü, İordaniya turizm bürosunun dəstəyi ilə aprel ayının 23-30 tarixlərində İordaniyaya «famtrip» və «workshop» keçirilib.

Turizmplus.az xəbər verir ki, tədbirin əsas dəstəkçiləri olan Azərbaycanın İordaniyadakı səfiri cənab Eldar Səlimov, İordaniya turizm bürosunun əməkdaşları Ahmad Alhmoud və Majd Abu Arqub, İordaniyanın Nümayəndələr Palatasının (Parlament) üzvü Majdi Nawras Jeries AL Yaqoub, Amman Ticarət Palatasının Sədrinin birinci müavini Bahjat Hamdan yerli şirkətlərimizlə axşam yeməyində görüşüblər, qarşılıqlı əməkdaşlıq məsələlərini müakirə ediblər. Həmçinin səfirimiz cənab Eldar Səlimov «famtrip» üzvlərini Azərbaycanın İordaniyadakı səfirliyinə dəvət edərək Azərbaycan və İordaniya arasında turizm münasibətlərinin inkişafı üçün əlindən gələn dəstəyi göstərməyə hər zaman hazır olduğunu bildirib.

IMG 20240515 WA0010

«Famtrip» müddətində Azərbaycanın turizm şirkəti rəhbərləri, media nümayəndəsi və tanınmış səyahət bloggerləri İordaniyanın əsas turistik mərkəzləri və lyuks hotelləri ilə tanış olublar. Əmman şəhərinin Fairmont hotelində baş tutan «workshop» zamanı isə yerli turizm şirkətləri İordaniyanın aparıcı turagentlikləri ilə b2b görüşlər keçirib, gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər, müqavilələr imzalayıblar.

«R-travel and Tour» şirkətinin direktoru Əbülfət Hüseynov Turizmplus.az saytına açıqlamasında Azərbaycanla İordaniya arasında qarşılıqlı turist mübadiləsinin hər iki ölkə üçün çox uğurlu olacağını, münasibətlərin birbaşa uçuş reysləri ilə dəstəklənəcəyi halda daha yüksək nəticələr əldə ediləcəyini bildirib.

IMG 20240515 WA0005

Menecerlər