Latviyada «Caspian Energy Investment Forum Riga 2023» keçirilib

WhatsApp Image 2023 07 03 at 18.42.17

“Caspian Energy Club” və Latviya Ticarət və Sənaye Palatasının (LCCI) birgə təşkilatçılığı ilə 16-cı beynəlxalq “Caspian Energy Investment Forum Riga 2023” tədbiri keçirilib. Forum “Caspian Energy Club” tərəfindən 20 ölkədə planlaşdırılan və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində təşkil olunub. Bu barədə “Caspian Energy Club”ın İdarə Heyətinin sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.

Turizmplus.az xəbər verir ki, Forumda Latviyanın müvafiq dövlət qurumlarının nümayəndələri, həmçinin dövlət və özəl şirkətlərin top-menecerləri iştirak ediblər.

Forumun məqsədi Latviya-Azərbaycan ikitərəfli iqtisadi əlaqələrinin inkişafı, peşəkar problemlərin həlli üçün beynəlxalq səviyyədə “B2B networking”in yaradılması, xarici sahibkarlar və investorlar üçün yaradılan imkanların işıqlandırılması olub.

WhatsApp Image 2023 07 04 at 16.50.08

Forum çərçivəsində Latviya və Azərbaycanda biznes mühiti, “LEF Network” (Latviya, Estoniya, Finlandiya) layihəsi, Latviya-Azərbaycan biznes əlaqələrinin genişləndirilməsi və iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.

Forumda Azərbaycan Respublikasının Latviyadakı səfiri Elnur Sultanov açılış nitqi ilə çıxış edərək Azərbaycanla Latviya arasında ikitərəfli əlaqələrin intensiv dinamikasından danışıb.

Həmçinin xatırladıb ki, Azərbaycan və Latviya arasında 2017-ci ildə strateji tərəfdaşlığın yaradılmasına dair Birgə Bəyannamə imzalanıb və bu gün Latviya Azərbaycanın Aİ üzvü olan ölkələr arasında doqquz strateji tərəfdaşından biridir.

Elnur Sultanov Azərbaycanın sürətli iqtisadi inkişafı və iqtisadiyyatının uğurlu şaxələndirilməsi barədə məlumat verib. O, Azərbaycan-Latviya arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsi üçün potensialın olduğunu vurğulayıb və bununla əlaqədar təkliflərini səsləndirib. Elnur Sultanov Azərbaycanın işgüzar nümayəndə heyətinin Latviyaya səfərinin qarşılıqlı ticari-iqtisadi əməkdaşlığa yeni təkan verəcəyinə əminliyini ifadə edib.

“Caspian Energy Club”ın İdarə Heyətinin sədri və qrupun baş icraçı direktoru Telman Əliyev Klubun fəaliyyətindən danışıb və diqqətə çatdırıb ki, bu, “Caspian Energy Club” nümayəndə heyətinin Latviyaya üçüncü səfəridir. Telman Əliyev çıxışında tədbirə dəstəyinə görə Azərbaycan Respublikasının Latviya Respublikasındakı Səfirliyinə, Latviya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə və Latviya Ticarət və Sənaye Palatasının rəhbərliyinə təşəkkürünü bildirib.

Latviya Ticarət-Sənaye Palatasının İdarə Heyətinin üzvü Katrina Zarina, Latviya Xarici İşlər Nazirliyinin Xarici Ticarət və Xarici İqtisadi Əlaqələrin İnkişafı Departamentinin direktoru Girts Yaunzems, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müşaviri Şəbnəm Allahverdiyeva, Latviya İnvestisiya və İnkişaf Agentliyinin baş investisiya müşaviri Denis Çamovs, Latviya Ticarət və Sənaye Palatasının Aİ Layihələri Departamentinin rəhbəri Liqa Siçeva və AzTurizm-in direktoru Anna Məmmədovanın təqdimatları ilə keçirilən panel sessiyalarının moderatoru qismində “Caspian Energy Turkiye”nin İdarə Heyətinin sədri Süleyman Məcidli çıxış edib.

Caspian Energy Club visit in Valmiera 15 06 2023 27 scaled

Forum iki ölkənin biznes strukturlarının nümayəndələri arasında ikitərəfli müzakirələrlə davam edib və müzakirələr zamanı əməkdaşlığa dair razılaşmalar əldə olunub. Qeyd olunmalıdır ki, belə forumlar daha öncə Tbilisi, Praqa, İstanbul və Daşkənddə təşkil olunub.

Səfər çərçivəsində “Caspian Energy Club”ın nümayəndə heyəti Riqa, Yelqava və Valmiera şəhərlərindəki müəssisələrə işgüzar səfərlər etməyi planlaşdırır.

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes — hökumət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

“Business-networking” üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Çexiya, İsrail, Almaniya, Polşa, Slovakiya və BƏƏ-də rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri vardır.

Menecerlər