Bakıda »Azərbaycan-Türkiyə Sağlamlıq Turizmi Konfransı» keçiriləcək

health tourism

Liv Bona Dea Hospital və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) birgə təşkilatçılığı ilə »Azərbaycan-Türkiyə Sağlamlıq Turizmi Konfransı» keçiriləcək.

Turizmplus.az xəbər verir ki, konfrans iyulun 12-də saat 14:30  Liv Bona Dea Hospitalının konfrans zalında baş tutacaq.

Konfransın əsas mövzusu post-pandemiya dövründə Azərbaycan turizm sektorunun inkişafında sağlamlıq-müalicə turizminin rolu, beynəlxalq təcrübələrin öyrənilməsi və turizm məhsulu kimi turizm şirkətləri şəbəkəsində əməkdaşlıq imkanlarının dəyərləndirilməsidir.

Qeyd edək ki, konfransda iştirak üçün 050 312 39 82 nömrəsinə «whatsapp»da yazmaq kifayətdir.

Menecerlər