• 27 °C
|

Qubada 5 otaqlı ev yanıb

26 Yanvar 2025
img

Quba rayonunda 5 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, Quba rayonunun İkinci Nügədi kəndində ümumi sahəsi 220 m² olan birmərtəbəli mansarda tipli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.

Bitişik talvar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.