Turizmçilər üçün maliyyə-bank xidmətlərinin əlçatanlığının artırılması müzakirə edilib

363398084 669144735259368 8315617963162732825 n

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev arasında keçirilən işgüzar görüşdə turizm şirkətlərinin bank sektoru ilə əməkdaşlığının genişləndirilməsi yolları müzakirə olunub.

ATAA-dan Turizmplus.az saytına verilən məlumata görə, görüşdə daxili və xarici turizmlə əlaqədar olaraq nağdsız ödəniş imkanlarının genişləndirilməsi, turizm sahəsində fəaliyyət göstərən sahibkarlar üçün maliyyə-bank xidmətlərinin əlçatanlığının artırılması, eləcə də pandemiya dövründən bir sıra bankların turizm şirkətləri ilə biznes fəaliyyətinin bərpa etdiyini nəzərə alaraq onların maliyyələşdirilməsi imkanları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində həmçinin Azərbaycana gələn və Azərbaycandan gedən turistlərin bank xidmətləri ilə təmin olunmasının təkmilləşdirilməsi məsələsi də müzakirə olunub.

363389941 669144668592708 5829874115167259576 n

Menecerlər