• 2 °C
|

Masazırda 38 yaşlı qadın öldürülüb, qətldə şübhəli bilinən dayısı saxlanılıb – YENİLƏNİB

30 Yanvar 2025
img

Abşeron rayonu Masazır qəsəbəsində 1987-ci il təvəllüdlü Türkan Abdurəhimova kəsici alətlə qətlə yetirilib.

"Report"un yerli bürosunun əldə etdiyi məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən T.Abdurəhimovanın dayısı, 1967-ci il təvəllüdlü Şakir Rzayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

15:24

Abşeron rayonunda 38 yaşlı qadın qətlə yetirilib.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

1987-ci il təvəllüdlü Türkan Allahverditevanın dayısı tərəfindən öldürüldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır