
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində beş nəfərin ölməsi, iki nəfərin yaralanması ilə nəticələnən partlayış hadisəsi baş verib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.
Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.
12:50
Ağcabədidə əl qumbarası partlaması nəticəsində ölən və yaralananların kimliyi məlum olub.
Oxu.Az “Trend”ə istinadən xəbər verir ki, hadisə zamanı Quliyeva Fatimə, Quliyev Bəhruz, Məmmədli Məhəmməd, Məmmədli Murad, Quliyev Şamil həlak olublar. Məmmədli Ülviyyə, Quliyeva Aysun, Quliyev Natiq isə yaralanıb.
Qeyd edək ki, yaralıların sayı 3-ə çatıb.
12:41
Ağcabədidə əl qumbarası partlayıb, ölən və yaralılar var.
Oxu.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Hindarx qəsəbəsində baş verib.
Hadisə nəticəsində beş nəfər ölüb, iki nəfər isə yaralanıblar.
Ölən və yaralananların bir ailənin üzvləri olduğu bildirilir.
Faktla bağlı araşdırma başlanıb.