• 7 °C
|

Şahdağdan qayıdarkən ağır qəzaya düşən müğənnin beli qırılıb

31 Yanvar 2025
img

"Gənc müğənni Ayla Şiriyevanın beli qırılıb".

Oxu.Az ARB TV-yə istinadən məlumat verir ki, bu barədə aparıcı Elgiz Əkbər verilişində danışıb.

O bildirib ki, Aylanın vəziyyəti kritikdir:

"Ayla Şahdağdan qayıdarkən ağır qəzaya düşüb. Onun beli qırılıb. Evin tək övladıdır. Hazırda çox ağır vəziyyətdə reanimasiyadadır".

Ətraflı süjetdə:

Şahdağdan qayıdarkən ağır qəzaya düşən müğənnin beli qırılıb

16:06

"Ayla Şiriyevanın (Aila Rai) səhhəti yaxşıdır, həyati təhlükəsi yoxdur, əməliyyat uğurlu keçib".

Bu fikirləri Oxu.Az-a açıqlamasında gənc müğənni Ayla Şiriyevanın prodüseri Aytən Əliyeva deyib.

O əlavə edib ki, A.Şiriyeva hazırda özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib:

"Aidə xanım xəsarət alıb, əməliyyat keçirib. Amma vəziyyətinin ağır olması ilə bağlı yayılan məlumatlar yanlışdır".

Xatırladaq ki, ötən gün Bakı-Quba magistral avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. 90-ZD-873 dövlət qeydiyyat nişanlı "KIA Sportage"i idarə edən qadın sürücü avtomobili aşırıb. Hadisə nəticəsində yeddi nəfər xəsarət alıb. Həmin qəzanın iştirakçılarından biri də A.Şiriyeva olub.

Məhərrəm Əliyev

14:40

Yanvarın 30-da Bakı-Quba magistral avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan biri də gənc müğənni Ayla Şiriyeva (Aila Rai) olub.

Oxu.Az-ın məlumatına görə, Şahdağdan qayıdarkən yolda qəzaya düşən şəxslər Sumqayıt Tibb Mərkəzinə yerləşdiriliblər.

Bu gün isə Ayla Şiriyeva Bakıdakı özəl xəstəxanalardan birinə köçürülüb.

Onun vəziyyətinin ağır olduğu bildirilir.