• 22 °C
|

Zelenski: Trampın Ukrayna ilə bağlı hələ rəsmi planı yoxdur

7 Fevral 2025
img

ABŞ prezidenti Donald Trampın Ukraynadakı münaqişənin həlli ilə bağlı hələlik rəsmi planı yoxdur.

APA xəbər verir ki, ukraynalı lider bunu brifinqdə deyib.

“Hələ rəsmi plan yoxdur”, – dövlət başçısı vurğulayıb.

Zelenskinin sözlərinə görə, bəzi nəşrlərdə yer alan məlumatlar Trampın rəsmi planı deyil.