Gürcüstanın «I am Georgia» tur-operatorunun təşkilatçılığı ilə ölkənin müxtəlif şəhərlərinə info-tur təşkil olunacaq.
Şirkətdən Turizmplus.az saytına verilən məlumata görə, aprelin 22-28-i tarixlərində həyata keçiriləcək reklam turuna Tbilisi, Kaxeti, Borjomi, Sairme və Batumi şəhərləri daxil edilib.
Transfer, hoteldə yerləşmə, qidalanma daxil edilən turun dəyəri 185 USD təşkil edir. Qiymətə aviabilet daxil deyil. Qeydiyyat üçün son tarix 24 mart göstərilib.