Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvləri 27 sentyabr — Anım Günü ilə əlaqədar İkinci Fəxri Xiyabanı ziyarət edib.
Turizmplus.az xəbər verir ki, sentyabrın 27-də turizmçilər ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarını qurban verən şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyub və ruhlarına dualar oxuyublar.