• 9 °C
|

Boliviyada avtobusun aşması nəticəsində 31 nəfər həlak olub

18 Fevral 2025
img

Boliviyanın Potosi şəhərində avtobusun 800 metr yüksəklikdən aşması nəticəsində ən azı 31 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “La Razon” qəzeti məlumat yayıb.

"İlkin rəqəmlər 31 nəfərin öldüyünü göstərir. Hələ ki, bütün cəsədlər çıxarılmayıb, iş davam edir və araşdırma aparılır", – nəşr yazıb.

Hadisə zamanı yaralanan 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara çatdırılıb.