Azərbaycan Hotel Assosiasiyasına üzv hotellərin Baş Menecerlərinin illik görüşü keçirilib.
AHA-dan Turizmplus.az saytına verilən məlumata görə, tədbirdə AHA-nın 2023-cü il üzrə fəaliyyətinin yekunları, yeni təşkilati struktur və növbəti il üçün planlar iştirakçılara çatdırılıb. Həmçinin AHA-nın İdarə Heyətinə və yeni tərtib edilmiş İntizam və Məsləhət şuralarına namizədlər üzvlərə təqdim edilib.
Üzv hotellərin Baş Menecerləri ilə yanaşı qonaq spikerlərin və həmkar üzvlərin də qatıldığı tədbirdə iştirakçılar Azərbaycanda qonaqpərvərlik sənayesinin inkişafı və problemlər haqqında açıq müzakirəyə qoşulublar.
Görüşdə növbəti Baş Assambleya, İdarə heyətinin yığıncağı və gözlənilən digər tədbirlər haqqında üzvlər məlumatlandırılıb.