Martın 6-da Şuşa turları üzrə turizm şirkətlərinə satış şərtləri barədə təqdimat keçirilib.
Turizmplus.az xəbər verir ki, turların satışını «Summertour» tur-operatoru həyata keçirəcək. Turizm şirkətlərinin nümayəndələri tur-operatorun rəsmi saytında qeyd edilən «Excursion tour» bölməsindən əldə edə bilər. Komissiya 2 günlük turlar üçün 3%, 3 günlük turlarda isə 2% nəzərdə tutulub. Turların rezervasiyadan sonra 7 gün ərzində ləğvi mümkündür.
Tur-operatorun Şuşa turlarını turistlərə birbaşa satması qadağandır.
Qeyd edək ki, dempinq halının aşkarlandığı zaman satış edən şirkət cərimələnəcək.