16 Mar 2026

Amerika Birləşmiş Ştatları Ukraynada seçkilərə can atmağa davam edəcək.
APA xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens"The National Pulse" qəzetinə müsahibəsində deyib.
"Müharibə zamanı seçki keçirə bilməyəcəyiniz fikri gülüncdür. ABŞ prezidenti Donald Tramp bunun baş verməli olduğunu düşündüyünü açıq şəkildə bildirdi. Deməli, bilirsiniz ki, bu, Amerika siyasətidir", – Vens bildirib.