«Azərbaycan Hava Yolları» QSC yeni müsabiqəyə start verib.
Turizmplus.az xəbər verir ki, müsabiqənin qaliblərinə gediş-gəliş olmaqla 40-dan çox istiqamət üzrə 100 aviabilet hədiyyə olunacaq. Bunun üçün qeyd olunan link vasitəsilə anketi dolduraraq qeydiyyatdan keçməlisiniz: https://campaigns.azal.az.
Müsabiqə 3 həftə davam edəcək. Qaliblər 8, 15, 22 fevral tarixlərində aviaşirkətin «Facebook» səhifəsində canlı yayımda seçiləcək.