GƏLMƏ TURİZM: Bu il 260 milyon insan Çindən xaricə səyahət edəcək

revenge chinese tourists

2024-cü ildə Çindən 260 milyon insanın xarici ölkərə səfər edəcəyi gözlənilir.

Turizmplus.az xarici KİV-lərə istinadən xəbər verir ki, Çin Turizm Akademiyasının açıqladığı son hesabata görə, bu il Çində 6 milyarddan çox ölkədaxili səfər və 260 milyon beynəlxalq giriş-çıxış gözlənilir. Məlumata görə, ötən il turizm sektorunda ciddi aktivlik olub.

Turizmplus.az saytında reklamınız olsun — QİYMƏTLƏR

Hesabatda bildirilir ki, 2023-cü ildə daxili turizm həm gəlir, həm də turist sayı baxımından əvvəlki illə müqayisədə 100 faizdən çox artaraq 2019-cu il səviyyəsinin 80 faizini keçib. Beynəlxalq səfərlər 190 milyondan çox insana çatıb. Bu rəqəm əvvəlki illə müqayisədə 280 faiz artımdan xəbər verir.

Akademiyanın tədqiqat qrupu Çində yaşayanların səyahət etmək istəyinin 2024-cü ildə daha da artacağını vurğulayıb.

Menecerlər