Bakıda növbəti dəfə “Luxury Travel Mart (Spring edition)» adlı tədbir təşkil olunub.
Turizmplus.az xəbər verir ki, fevralın 20-də «Four Seasons Baku Hotel»də keçirilən, 200-dən çox yerli ziyarətçinin qatıldığı tədbir çərçivəsində MDB və dünyanın başqa ölkələrindən gələn 30-dan çox xarici şirkət təmsil edilib.
Tədbirin ilk hissəsi B2B görüşlərlərlə yadda qalıb. Daha sonra xarici və yerli turizmçilərin birgə iştirakı ilə bədii hissə keçirilib.
Görüşlər zamanı Azərbaycanda yaz-yay turizm mövsümü, Bakı və regionlarda fəaliyyət göstərən hotellər, müalicəvi kurortlar təbliğ edilib.
Həmçinin görüş iştirakçılarına ölkəmizdə keçiriləcək konsertlər və bu növ irimiqyaslı tədbirlər, Bakı və Bakıətrafı mədəni irs obyektlərinə ekskursiyalar haqqında məlumat verilib.
Qeyd edək ki, «Luxury Travel Mart» MDB bazarlarında yeni əlaqələr qurmaq və köhnə əlaqələri gücləndirmək istəyən lüks məhsullar təklif edən şirkətlər üçün B2B tədbiridir.