Londonda 1965-ci ildə o zamankı baş nazir Harold Wilson tərəfindən açılan və televiziya ötürücüsü kimi istifadə edilən 177 metr hündürlüyündəki «BT Tower» 347 milyon dollara satılıb.
Turizmplus.az xəbər verir ki, «BT Tower»in (sabiq) sahibi BT «Group»un verdiyi açıqlamada qüllənin «MCR Hotels»ə satıldığı bildirilib. «BT Group» Əmlak Direktoru Brent Mathews qeyd edib ki, uzun illər ölkənin rabitə və televiziyasında həyati rol oynayan «BT Tower», «MCR Hotels» ilə edilən razılaşma əsasında önümüzdəki illərdə yeni məqsədlə istifadə edilməyə başlayacaq.
Qeyd edək ki, əvvəlcə «Post Office Tower» adlandırılan qüllənin yuxarı mərtəbəsində xüsusi restoranı var. London mənzərəli restoranı gəzmək üçün 20 dəqiqədən çox vaxt lazımdır.