Yay mövsümündə Avropadaxili uçuşların aviabilet qiymətlərində artım müşahidə edilə bilər.
Turizmplus.az xəbər verir ki, bu barədə «Ryanair» hava yolları xəbərdarlıq edib. Qiymət artımına səbəb olaraq «Boeing» və «Airbus» təyyarələrindəki problemlər səbəbindən təyyarə çatışmazlıqları göstərilib.
«Ryanair»in baş direktoru Maykl O’Liri bildirib ki, bu yay təhvil verilməsi planlaşdırılan Boeing Max 737-8200 əsasında yaradılan 2024-cü il yay proqramı yenidən təşkil oluna bilər.
Bildirilib ki, ABŞ-ın təyyarə istehsalçısı “Boeing” şirkətində keyfiyyətə nəzarət problemləri təyyarələrin çatdırılmasında problemlər yaradıb.
Ryanair-in baş direktoru Maykl O’Liri keçən il aviabiletlərin qiymətlərinin 17 faiz artdığını, bu il isə qiymətlərin 5-10 faiz artımı üçün yeni büdcə hazırladıqlarını bildirib.