Rusiya turizmçiləri üçün “Salam, Azərbaycan!” adlı tanıtım turu həyata keçirilib — FOTOLAR

WhatsApp Image 2024 02 28 at 17.12.17 6c6c42e6

«Green Apple MİCE and Leisure Travel» şirkətinin təşkilatçılığı ilə Rusiya Federasiyasının Moskva, Sankt Peterburq, Yaroslavl, Nijniy Novqorod və Dağıstan Respublikasında fəaliyyət göstərən turizm şirkətləri və tur-operatorları üçün “Salam, Azərbaycan!” adlı tanıtım turu həyata keçirilib.

Şirkətdən Turizmplus.az saytına verilən məlumata görə, post-pandemiya dövründən başlayaraq qeyd olunan istiqamətlərdə hava yolu uçuş biletlərinin qiymətlərində yüksəliş nəticəsində Rusiya Federasiyasından Azərbaycana səyahət edən turistlərin sayında olduqca azalma müşahidə edilir. İkitərəfli turizm potensialının inkişafına regionda hazırda mövcud olan geosiyasi vəziyyət də maneələri törədib. Bu məqsədlə cari ilin sonunadək Rusiya və Dağıstan Respublikasından qatılan turizm peşəkarları üçün ən az 11 sayda tanıtım turunun təşkili nəzərdə tutulub.

WhatsApp Image 2024 02 28 at 17.14.40 fb8a4c3c

Qeyd etmək lazımdır ki, tanıtım turu əsasında yenilənmiş marşrut İsmayıllı-Basqal qoruğu, Şəkinin tarixi autentiv siması,həmçinin Şəkidə yeni açılmış şərabçılıq zavod-muzeyinin yüksək texnoloji təqdimatı, Qəbələ şəhərinin dünya standartlarına uyğun infrastrukturu peşəkar turizmçilər tərəfindən yüksək qiymətləndirilib. Beş günü əhatə edən tanıtım turunun marşrutunda ölkəmizin qastronomik turizmi, mədəni- tarixi irsi, tibbi turizm potensialı, idman turizmi və ekstremal idman turizmi imkanları, geniş təbliğ olunub, Sovet İttifaqı və müasir dövr kinematoqrafiyası üçün görkəmli pavilion olmuş bir çox coğrafi məntəqələrə səyahət həyata keçirilib.

Tanıtım turunun yadda qalan məqamlarından biri də, «Green Apple MİCE and Leisure Travel» şirkətinin MİCE turizmi əmsalında Qəbələ regionunda həcmli teambilding qrupları üçün yaradılmış yeni “Survivor” turizm produktunun təqdim olunması olub.

WhatsApp Image 2024 02 28 at 17.14.41 2b341edc

İnfo-turun son gününü «PMD Hospitaly Group» otellər şəbəkəsində fəaliyyət göstərən resort və şəhər tipli hotellərin təqdimatı həyata keçirilib. Naftalan neftinin müalicəvi effekti, otellərin təqdim etdiyi yüksək standardlı xidmət, tibbi korpusların peşakarlığı qonaqlar tərəfindən yüksək qiymətləndirilib.

İnfo-tur iştirakçılarına Azərbaycan Turizm Bürosunun nəzakətlə təqdim etdiyi kataloq və broşurlar, həmçinin xatirə suvenirləri təqdim edilib.

WhatsApp Image 2024 02 28 at 17.14.41 f27573f9

Menecerlər