AZAL-ın bəzi təyyarələrində uçuş heyəti niyə xarici vətəndaşlardır? — CAVAB

65420f145b03665420f145b037169882805265420f145b03465420f145b035

«Azərbaycan Hava Yolları» QSC-ə məxsus bəzi təyyarələrdə ekipaj üzvlərinin xarici vətəndaş olduğu və Azərbaycan dilində danışa bilmədiyi müşahidə olunur.

Turizmplus.az faktla bağlı araşdırma aparıb. Məlum olub ki, ötən il  AZAL “GetJet Airlines” ilə üç “Airbus A320” təyyarəsinin qısamüddətli lizinqinə dair müqavilə imzalayıb. Litvadan icarəyə götürülən bu təyyarələr pilot və təyyarə xidmətçiləri ilə birgə Azərbaycana gətirilib.

Nəzərinizə çatdıraq ki, dünya təcrübəsində geniş yer alan lizinq sazişi çərçivəsində hava gəmilərinin icarəsi ilə yanaşı, uçuş heyətinin təminatı, texniki dəstək, sığorta, uçuşların keyfiyyəti və təhlükəsizliyini təmin edən xidmətlər də nəzərdə tutulur.

Bununla yanaşı, təyyarələrdə bir nəfər AZAL nümayəndəsi də olur.

Qeyd edək ki, AZAL, sərnişinlərin artan tələbatlarını ödəmək məqsədilə lizinq təyyarələrindən İstanbul, Dubay, Milan, Vyana, Almatı, Astana və digər marşrutlarda istifadə edir.

RƏHİM QƏDİROV | Bakı

Menecerlər